BEYNƏLXALQ COĞRAFİYA İTTİFAQI, BCİ

dünya coğrafiyaşünaslarının beynəlxalq elmi təşkilatı. 1922-ci ildə yaradılmışdır. BCİ coğrafiyaya aid problemlərin öyrənilməsinə yardım göstərir, beynəlxalq əməkdaşlıq şəraitində aparılmalı tədqiqatların təşkili və mərkəzləşdirilməsi ilə məşğul olur, beynəlxalq coğrafiya konqreslərini çağırır və s.
BENTOS
BEYNƏLXALQ HİDROLOJİ PROQRAM, BHP
OBASTAN VİKİ
Beynəlxalq Coğrafiya İttifaqı
Beynəlxalq Coğrafiya İttifaqı (BCİ) (ing. International Geographical Union, IGU) — dünya coğrafiyaşünaslarının beynəlxalq elmi təşkilatı. 1922-ci ildə yaradılmışdır. BCİ coğrafiyaya aid problemlərin öyrənilməsinə yardım göstərir, beynəlxalq əməkdaşlıq şəraitində aparılmalı tədqiqatların təşkili və mərkəzləşdirilməsi ilə məşğul olur, beynəlxalq coğrafiya konqreslərini çağırır və s.
Beynəlxalq Astronomiya İttifaqı
Beynəlxalq Astronomiya İttifaqı (BAİ, IAU) — dünyanın astronomik təşkilatlarını birləşdirən beynəlxalq birlik. 1919-cu ilin iyulunda Brüsseldə yaranlıb (Belçika). == Tərkibi və təşkilati strukturu == İAU üzv dövlətləri (milli akademiyalar və ya hansısa müvafiq dövlət təşkilatı ilə) və peşəkar astronomik təşkilatları birləşdirir. 7 dekabr 2012-ci ilə ittifaq 73 dövləti və 10886 fərdi təşkilatı birləşdirir.
Beynəlxalq Farmakologiya İttifaqı
Beynəlxalq Farmakologiya İttifaqı (ing. International Union of Basic and Clinical Pharmacology) — üzv ölkələrin və regionların farmakoloqlarını təmsil edən milli təşkilatların könüllü qeyrikommersiya assosiasiyası. 1959-cu ildə Beynəlxalq Fiziologiya Elmləri İttifaqının bölməsi kimi əsası qoyulmuş, 1966-cı ildən müstəqil təşkilat kimi fəaliyyət göstərir. 1972-ci ildən Beynəlxalq Elm üzrə Şuraya daxildir. 60 milli farmakoloqlar cəmiyyətini özündə birləşdirir. Beynəlxalq Farmakologiya İttifaqının əsas vəzifələri bütün dünya da farmakologiya cəmiyyətləri arasında əməkdaşlığın dəstəklənməsindən; farmakoloqların beynəlxalq və regional qurultaylarının maliyyələşdirilməsi və onların təşkilinə yardımdan; elmi tədqiqatlara dair məlumatların beynəlxalq mübadiləsinin həvəsləndirilməsindən; farmakoloqlar ilə digər elm sahələrinin nümayəndələri arasında əməkdaşlığa yardımdan; bütün dünyada farmakoloji tədqiqatların həyata keçirilməsinə dəstəkdən; farmakologiya sahəsində kütləvi informasiyanın nəşri proqramlarına yardım edilməsindən ibarətdir. Beynəlxalq Farmakologiya İttifaqı nəzdində İcraçı komitə, habelə üzvlük, seçki komitələri; dərman maddələrinin nomenklaturası və təsnifatı üzrə komitə yaradılmışdır. Beynəlxalq Farmakologiya İttifaqı müntəzəm olaraq farmakoloqların ümumdünya konqresini keçirir, Beynəlxalq farmakologiya xəbərlərini nəşr edir, həmçinin ittifaqın üzvləri haqqında məlumatlar təqdim edir, dərman maddələrinin nomenklaturası və təsnifatı üzrə komitənin rəsmi hesabatını soraq kitabçalarını dərc edir. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.).
Beynəlxalq Memarlar İttifaqı
Beynəlxalq Memarlar İttifaqı — Dünyada milli memarlıq təşkilatlarını birləşdirmək məqsədilə yaradılan qeyri-hökumət təşkilatı. YUNESKO-da qeydə alınıb. == Tarixi == Beynəlxalq Memarlar İttifaqı 28 iyun 1948-ci ildə İsveçrənin Lozanna şəhərində yaradılıb. Beynəlxalq Memarlar İttifaqının yaradılması haqda qərar 1946-cı ilin sentyabr ayında Londonda, Sovet Memarlar İttifaqınında nümayəndələrinin də iştirak etdiyi görüşdə qəbul edilib. Bu qeyri-hökumət təşkilatı YUNESKO-da qeydə alınmışdır. Beynəlxalq Memarlar İttifaqının tərkibinə dünyanın 124 ölkəsi və 1,3 milyondan çox memarı daxildir. == Prezidentləri == Georgi Orlov — 1972 – ? == İstinadlar == == Həmçinin bax == Azərbaycan Memarlar İttifaqı == Xarici keçidlər == "International Union of Architects (UIA) Professional Practice Commission". The American Institute of Architects (ingilis). aia.org.
Beynəlxalq Nəşriyyat İttifaqı
Beynəlxalq Nəşriyyat Assosiasiyası (ing. International Publishers Association, abr: IPA) kitab və jurnal nəşrində iştirak edən beynəlxalq nəşriyyat sənayesinin milli nəşriyyat ittifaqları federasiyasıdır. 1896-cı ildə nəşriyyatı təbliğ etmək və müdafiə etmək, habelə iqtisadi, mədəni və siyasi inkişaf kontekstində nəşriyyatla bağlı informasiyanı artırmaq üçün qeyri-kommersiya məqsədli bir qeyri-hökumət təşkilatı olaraq yaradılmışdır. IPA, senzuraya qarşı fəal şəkildə mübarizə aparır və müəllif hüquqları, savadlılığı və nəşr azadlığını təbliğ edir.
Beynəlxalq Poçt İttifaqı
Ümumdünya Poçt İttifaqı (ing. Universal Postal Union) və ya qısaca: ÜPİ (ing. UPU) — Dünya miqyasında poçt xidmətlərinin beynəlxalq koordinasiyası və tənzimlənməsi üçün yaradılmış beynəlxalq təşkilatdır. ÜPİ 1874-cü ildə Bern şəhərində təsis olunmuş və BMT-nin ixtisaslaşmış agentliklərindən biridir. ÜPİ-nin əsas məqsədləri: 1. Beynəlxalq Poçt Xidmətlərinin Təşkili və Tənzimlənməsi: ÜPİ üzv ölkələr arasında beynəlxalq poçt xidmətlərinin inkişafını və səmərəliliyini təmin etmək məqsədilə qaydalar və standartlar müəyyənləşdirir. 2. Əməkdaşlıq və Texniki Yardım: ÜPİ üzv ölkələrə poçt xidmətlərinin inkişafı və təkmilləşdirilməsi üçün texniki yardım və məsləhət xidmətləri göstərir. 3. Poçt Tariflərinin Tənzimlənməsi: ÜPİ üzv ölkələr arasında beynəlxalq poçt göndərişləri üçün uyğun tariflərin müəyyənləşdirilməsinə kömək edir.
Beynəlxalq Telekommunikasiya İttifaqı
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTI; fr. Union Internationale des Télécommunications) ilk adı "Beynəlxalq teleqraf İttifaqı"'(fr. Union Télégraphique Internationale), Birləşmiş Millətlər Təşkilatının (BMT) tabeliyində olan ixtisaslaşdırılmış qurumu. Beynəlxalq teleqraf İttifaqı kimi 1865-ci ildə yaradılıb 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşdırılmış qurumuna çevrilmişdir. == Təsis edilməsi == 1865-ci ildə, 20 avropa dövlətinin qərarı əsasında teleqraf qovşaqlarının birləşdirilməsi və avadanlıqların standartlaşdırılmasının ümumi qaydalarını (hansı ki, onların qarşılıqlı qoşulmasına imkan verir) razılaşdırmaq üçün yaradılmışdır. == İstinadlar == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Beynəlxalq telekomunikasiya ittifaqı
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTI; fr. Union Internationale des Télécommunications) ilk adı "Beynəlxalq teleqraf İttifaqı"'(fr. Union Télégraphique Internationale), Birləşmiş Millətlər Təşkilatının (BMT) tabeliyində olan ixtisaslaşdırılmış qurumu. Beynəlxalq teleqraf İttifaqı kimi 1865-ci ildə yaradılıb 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşdırılmış qurumuna çevrilmişdir. == Təsis edilməsi == 1865-ci ildə, 20 avropa dövlətinin qərarı əsasında teleqraf qovşaqlarının birləşdirilməsi və avadanlıqların standartlaşdırılmasının ümumi qaydalarını (hansı ki, onların qarşılıqlı qoşulmasına imkan verir) razılaşdırmaq üçün yaradılmışdır. == İstinadlar == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Beynəlxalq Çerlidinq İttifaqı
Beynəlxalq Çirlidinq İttifaqı (ing. International Cheer Union), qısaca BÇİ (ing. ICU) — Dünyada çirlidinq üzrə fəaliyyət göstərən ən ali rəsmi qurum. Baş qərargahı Tokioda yerləşir. == Tarixi == Beynəlxalq Çirlidinq İttifaqı 2001-ci ildə yaradılmışdır. Bundan sonra ittifaqın təşkilatçılığı ilə 2001-ci ildə Yaponiyada ilk Çirlidinq üzrə Dünya Çempionatı keçirilmişdir.
Beynəlxalq Çirlidinq İttifaqı
Beynəlxalq Çirlidinq İttifaqı (ing. International Cheer Union), qısaca BÇİ (ing. ICU) — Dünyada çirlidinq üzrə fəaliyyət göstərən ən ali rəsmi qurum. Baş qərargahı Tokioda yerləşir. == Tarixi == Beynəlxalq Çirlidinq İttifaqı 2001-ci ildə yaradılmışdır. Bundan sonra ittifaqın təşkilatçılığı ilə 2001-ci ildə Yaponiyada ilk Çirlidinq üzrə Dünya Çempionatı keçirilmişdir.
Torpaqşünaslığın Beynəlxalq İttifaqı
Torpaqşünaslığın Beynəlxalq İttifaqı (ing. IUSS) — Kənd təsərrüfatı üzrə bеynəlхalq təşkilat == Yaradılması == İttifaq 19 may 1924-cü ildə İtaliyanın Roma şəhərində torpaqşünaslıq üzrə dördüncü Bеynəlхalq konfransda yaradılmışdır. İttifaqın müasir adı Fransanın Montelye şəhərində Bеynəlхalq torpaqşunaslıq konfransında qəbul еdilmişdir. == Əsas məqsədi == torpaqşunaslığın bütün sahələrinin inkişafına və alınan nəticələrin praktikada tətbiqinin dəstəklənməsi; torpaqşunaslığın problеmlərini öyrənən və bu sahədə olan nailiyyətlərin tətbiqi ilə məşğul olan alimlər və digər katеqoriya işçilər arasında əlaqələrin təmin еdilməsi. == İstinadlar == == Xarici keçidlər == Offizielle Website Links zu den internationalen Gliederungen der IUSS Arxivləşdirilib 2011-08-13 at the Wayback Machine 18.
Coğrafiya
Coğrafiya (yun. γεωγραφία, yerin təsviri, γεια — Yer, torpaq və γραφειν — yazmaq, təsvir etmək) — təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəklindəki birliyi. İlk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində birinci növbədə iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya. Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. Fiziki coğrafiya təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, iqtisadi coğrafiya isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat-sənayeni, kənd təsərrüfatını, həmçinin əhalini, onların yerləşməsini və istehsalat-ərazi komplekslərini öyrənir. İqtisadi coğrafiya da fiziki coğrafiya kimi ümumi və regional hissələrə ayrılır. Coğrafiya elmləri sisteminə həmçinin kartoqrafiya daxildir.
Beynəlxalq Biologiya Elmləri İttifaqı
Beynəlxalq Biologiya Elmləri İttifaqı (ing. International Union of Biological Sciences) — beynəlxalq qeyri-kommersiya təşkilatı. 1919-cu ildə Brüssel şəhərində yaradılmışdır. Əsas vəzifələri müasir biologiyanın ən mühüm istiqamətlərini inkişaf etdirmək, beynəlxalq və fənlərarası kooperasiyaların yaranmasına səbəb olan tədbirlərə təşəbbüs göstərmək, kömək etmək, müdafiə etmək və əlaqələndirmək; hər şeydən əvvəl ittifaqın elmi proqramları ilə bağlı keçirilən birgə tədbirlərin nəticələrini yaymaq və müzakirəsini təmin etmək; beynəlxalq konfransların təşkilinə, onların əsərlərinin nəşrinə kömək etməkdən ibarətdir. 2010-cu ildən ittifaqa 45 əsas üzv və 80 elmi üzv daxil idi. Təşkilatın qərargahı Paris şəhərində yerləşir. Beynəlxalq Biologiya Elmləri İttifaqı Beynəlxalq Elm üzrə Şura yaradıcıları və üzvlərinin sıraısına daxildir. Ali orqanı 3 ildən bir çağırılan Baş assambleyadır. Burada biologiyanın inkişaf yolları, hər il müşavirələr keçirən İcra komitəsi seçilir. İttifaqın katibliyi içraçı direktordur.
Beynəlxalq Təbiəti Mühafizə İttifaqı
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (ing. International Union for Conservation of Nature and Natural Resources), qısaca ing. IUCN) — 1948-ci ildə yaradılmışdır. Mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşir. Qurum özündə aidiyətli 89 dövlət, 109 hökumət, 800 dən çox qeyri-hökumət təşkilatını və elmi tədqiqat institut ya mərkəzlərini birləşdirir. Məhvolma təhlükəsi == Tarixi == Ən yaşlı və müstəqil orqan olan Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqı (IUCN) 1948-ci ildən etibarən 77 il fəaliyyət göstərir. Birliyin fəaliyyət proqramı 1979-cu ildə qəbul edilmiş Dünya Ətraf Mühit Strategiyası tərəfindən tənzimlənir.UNESCO, ECOSOC və FAO-nun məsləhətçisi statusu olan IUCN, 78 ölkəni, 900-ə yaxın hökumət və ictimai təşkilatını, 181 dövlətdən 12000-dən çox alim və mütəxəssisdən ibarətdir. Birlik Qırmızı Kitab, məşhur elmi ədəbiyyat, serial və xüsusi məsələləri dərc edir. İsveçrə Cövhərində yerləşən birliyin qərargahı heç vaxt yerini dəyişdirməmişdir. 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş ətraf mühit və inkişaf üzrə BMT konfransı "XXI əsrin gündəliyi", "Rio Bəyannaməsi" və digər sənədləri əhatə edən müasir cəmiyyətin Davamlı İnkişafa keçid konsepsiyasını qəbul etdi.
Kimyəvi coğrafiya
Kimyəvi coğrafiya landşaftın ayrı-ayrı komponentlərinin kimyəvi xüsusiyyətlərinin ərazicə yayılması qanunauyğunluqları haqqında elm sahəsi. aşkar edilmişdir ki, bitkinin, heyvanın, səthi və qrunt sularının,atmosfer yağıntılarının və s. kimyəvi tərkibi coğrafi zonallıq qanunauyğunluğuna tabedir. Belə ki, müxtəlif coğrafi zonalarda həm yabanı, həm də mədəni bitkilərin kimyəvi tərkibi müxtəlifdir. Məsələn, quru iqlim şəraitində yetişdirilən buğdanın dənində zülallar rütubətli iqlimdəkindən çoxdur.
Konstruktiv coğrafiya
== Konstruktiv coğrafiya == Konstruktiv coğrafiya terminini akademik İ. P. Gerasimov (1966) təklif etmişdir. Tətbiqi coğrafiya tədqiqatlarından fərqli olaraq konstruktiv coğrafiya tədqiqatlarında aktual problemlərin müvəffəqiyyətlə həlli üçün fundamental elmi işlərlə yanaşı, həm də yeni geosistem yaratmaq və ya rekonstruksiya etmək istiqamətində konstruktiv işlər görülməsi nəzərdə tutulur. Konstruktiv coğrafiya çərçivəsində coğrafi məsələlərin həllinin ümumi gedişi hazırlanır, xüsusi nəzəri modellər və fikirlər formalaşır, "təbiət-texnika" və "təbiət-insan"ərazi sisteminin qanunauyğunluqları d ərk edilir, mürəkkəb təbii-təsərrüfat obyektləri layihələşdirilir, mümkün kritik (böhranlı) vəziyyətlərin proqnozları hazırlanır. Konstruktiv coğrafi istiqamətində bir tərəfdən insanı əhatə edən mühitin elmi işlərlə aşkar edilən yeni imkanlarının məqsədyönlü konstruksiya edilməsinə, istehsal gücünün inkişafında cəmiyyətin artmaqda olan tələbatının tam təmin olunması marağına əhəmiyyət verilir. Digər tərəfdən cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsinin optimallaşdırılmasının elə bir forması axtarılır ki, o, "təbiət-cəmiyyət" sisteminin özünü dağılmağa doğru aparmasın.
Liman (coğrafiya)
Liman (yun. λιμένας — havan, buxta) — Sahil boyunda qurunun tədricən dayazlaşdığı yerlərdə, dəniz suyunun geniş çay mənsəblərini basması nəticəsində əmələ gələn dayaz dəniz körfəzinə liman deyilir. Daşqınlar zamanı dəniz suyu basmış liman açıq dənizə geniş şəkildə açılarsa buna quba deyilir. Limanın suyu şirin çay suyu ilə duzlu dəniz suyu qarışdıqdan təşkil olunduğundan elədə şor olmur. Ancaq limana az miqdarda çay suyu axdığı zaman suyu şorlaşır.
Meridian (coğrafiya)
Meridian (latınca: meridies - Günorta xətti) – Coğrafi qütübləri yer səthindən keçməklə birləşdirən qısa xətt meridian adlanır. Meridianlar yarım çevrədir. Bütün meridianlar 360 dərəcədə kəsişirlər. Bütün meridianların uzunluqları eynidir. Onların uzunluğu 20 003,93 km-dir. Beynəlxalq təcrübədə meridianların başlanğıcı Böyük Britaniyanın paytaxtı London şəhərindəki Qrinviç rəsədxanasından keçir. Başlanğıc meridianı, ya da sıfırıncı meridian da deyilir. Xəritədə digər meridianlardan daha qalın göstərilir. Qrinviç meridianı Yer kürəsini Şərq və Qərb yarımkürələrinə bölür.
Mədəni coğrafiya
Mədəni coğrafiya — iqtisadi-sosial coğrafiyanın istiqamətidir, məkandakı mədəni fərqləri və mədəniyyətlərin ərazi bölgüsünü öyrənir. Elmi istiqaməti 1930-cu ildə Karl Sauer tərəfindən yaradılmışdır. Əsasən ABŞ-də inkişaf etmişdir. Saueradan sonra mədəni coğrafiyanın formalaşmasına ən böyük töhfəni Riçard Xartşorn və Vilbur Zelinski vermişdir. Sauer əsasən keyfiyyətli və təsviri analizin metodologiyasını tədqiq edir, hansı ki, 1930-cu illərdə Riçard Xartşorn tədqiq etməyə çalışırdı. Başqa tədqiqatçılar isə kəmiyyət metodunu tədqiq edirdilər. 1970-ci ildə kəmiyyət metodu coğrafiyada həddən artıq etibarilə pozitivizmi artırırdı.
Plan (Coğrafiya)
Məhəlin üfüqi proyeksiyasının kağız (müstəvi) üzərində kiçildilmiş oxşar (təhrivsiz) təsvirinə plan deyilir. Plan kiçik ərazini əhatə etdiyi üçün ölçmə zamanı Yerin əyriliyi təcrübi olaraq nəzərə alınmır. Radiusu 10 km və bundan kiçik olan əraziləri plana alarkən Yerin əyriliyindən yaranan təhrif 1:10000 və ondan böyükmiqyaslı plan üzərində aparılna ölçü və hesablama işlərinin dəqiqliyindən az olduğu üçün belə əraziləri müstəvi səth kimi qəbul etmək olar. == Planalma == Planalmanın aşağıdakı növləri var: === Gözəyarı planalma (Üfüqi planaalma) === Bu planalma zamanı obyektlərin üfüqi koordinatları təyin edilir və kağız üzərində obyektlərin yalnız konturları təsvir olunur. === Şaquli planalma === Bu zaman yer səthində olan yüksəkliklər ölçülür və kağız üzərinə ərazinin ancaq relyefi təsvir olunur. === Üfuqi-şaquli planalma === Bu zaman isə Yer səthində olan obyektlərin konturu ilə yanaşı, relyef də plana alınır. Planalmada başlıca məqsəd ərazinin topoqrafik plan və ya xəritəsini tərtib etməkdən ibarət olduğu üçün çox vaxt üfuqi-şaquli planalmaya topoqrafik planalma deyilir.
Platforma (coğrafiya)
Platforma — hamar forma deməkdir. Geosinklinaldan fərqli olaraq platforma yer qabığının nisbətən sabit, intruziv və effuzivlərlə qarışmış sahəsidir. Bura da tektonik fəaliyyət demək olar ki, heç müşahidə olunmur. Platformanın xarakterik xüsusiyyəti strukturunda 2 qatın aydın seçilməsidir: Altda — qırışıq qatı. Üstdə — çöküntü süxurlarının olduğu qat. Üst platforma qatının yuyulub getdiyi və alt qırışıq bünövrənin səthə çıxdığı sahələr qalxan, yaxud sipər adlanır. Qalxanlar əsasən qədim dağlıq yaylalardır (Braziliya, Qviana, Ərəbistan, Orta Sibir, Dekan, Şərqi Afrika, Efiopiya-Somali, Baltik, Labrador, Aldan, Anabar). Strukturunda hər iki qatın (qırışıq bünövrə və çöküntü qatı) ardıcıllıqla yerləşdiyi sahələr platforma tavası adlanır. Platforma tavaları adətən ovalıqlara uyğun gəlir. Məsələn, Amazon, Missisipi, La-Plata (Parana), Mesopotomiya, Qərbi Sibir, Hind-Qanq, Şərqi-Çin ovalıqları platforma tavalarıdır.
Sahil (coğrafiya)
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Say (coğrafiya)
Say — Dəniz, çay, göl daxilində mövcud olan və gəmiçiliyiə maneə törədən dayaz yer. Bu dayazlıqlar əsasən qum və ya çınqılın bir yerə toplanması nəticəsində yaranır. Vulkanik məşəlli ola bilir. Üstəlik insan və heyvanların fəzaliyyəti nəticəsində yarana bilər. Okeanların materik sahili ərazilərinə yaxın ərazilərdə formalaşan bu tip saylar şelf adlanır. Saylar su altında əbədiyyən görünməz halda qala bildiyi kimi bəziləri çəkilmə zamanı suyun üzünə çıxır. Bu zaman onlar ada, dil formasında təzahür edir. Çay yatağında əmələ gələn sayları hətta piyada belə keçmək olar.
Siyasi coğrafiya
Siyasi coğrafiya, coğrafi amillərin siyasi orqanların və təşkilatların qəbul etdiyi qərarlara təsirini, siyasi qərarların həyata keçirilməsinin coğrafi mühitə və nəticədə yaranan coğrafi hadisələrə təsirini araşdıran insan coğrafiyasının alt fənnidir. Siyasi coğrafiya, coğrafiyanın əsas iş prinsiplərinə (bölgü, əlaqə və səbəb-nəticə) görə dövlətlə yer arasındakı münasibətləri araşdırır. Alman alimi Fridrix Ratsel (1844–1904) "Siyasi coğrafiya" kitabı ilə siyasi coğrafiyanın banisi hesab olunur, o, bu kitabında insanın dünyaya yayılmasının təbii şəraitdən qaynaqlandığını iddia edir. Bir ölkədə, bütün dünyada və ya dünyanın bir hissəsində, təbii, bəşəri və iqtisadi hadisələrin paylanması, bunlar arasındakı əlaqələr ilə səbəblər və nəticələri araşdıraraq, dövlət işlərində töhfələr verir. Qütb bölgələrinin və ekvatorial Afrikada dövlət quruluşlarının zəifliyi və orta genişliklərdə güclü və köklü dövlətlərin qurulması coğrafiyanın siyasətə təsirinin nümunələridir. Geosiyasət və geostrategiya, siyasi coğrafiyada tərif və maraq baxımından oxşar olan, lakin sinonim olmayan iki anlayışdır. Geostrategiya, məlumat baxımından siyasi və hərbi planlaşdırmanı dəstəkləyən, əlaqələndirən və ya təsir edən coğrafi amillər tərəfindən idarə olunan bir növ xarici siyasət növü olan geosiyasətin alt şöbəsidir. Geosiyasət siyasi coğrafiyadan qaynaqlanan bir elm sahəsidir. Bu elm, siyasi coğrafiyanın dövlətlərə verdiyi üstünlük və çatışmazlıqları araşdırır.
Səngər (coğrafiya)
Səngər — qədim türk dillərində dağ burnu mənasında işlənmişdir. Azərbaycanlıların məskunlaşdığı ərazilərdə səngər sözü ilə bağlı çoxlu toponimlər vardır. Məsələn, Vardenis rayonunda Səngər qışlağı olmuşdur.